Siyasi məhbus şousu bitdi - AÇIQLAMA

Rəfael Hüseynov : “Azərbaycana qarşı son 12 il ərzində “siyasi məhbus” problemi ilə inadla təzyiq göstərilirdi”

"Avropa Şurasının həyatında çox az təsadüf edilən hadisə - iki məruzənin dalbadal, yəni obyektiv olmayan, reallığı təhrif edən məruzələrin rədd edilməsi onu göstərir ki, bu qurumun üzvləri arasında ikili standartlara dözməmək, haqsızlıqla barışmamaq, ədalətsizliyə qarşı ortaq səylər nümayiş etdirmək təcrübəsi artıq kifayət qədər qabarıq ifadə oluna bilir". Bunu deyən millət vəkili Rafael Hüseynovun sözlərinə görə, burada həm də bir cəhət xüsusi nəzərə alınmalıdır ki, bu hadisələr az sayda deputatın iştirak etdiyi müzakirələr əsnasında deyil, Assambleya üzvlərinin böyük əksəriyyətinin qatıldığı iclaslarda baş verib: "Deməli, AŞ PA-da çoxluq artıq bu cür düşünür və müxtəlif təsir və təzyiqlərlə hansısa qərəzli nəticələr əldə etmək vaxt ötdükcə çətinləşir. Zənnimcə, bunlar çox ibrətamiz göstəricilərdir. Azərbaycana qarşı son 12 il ərzində qondarma "siyasi məhbus" problemi ilə inadla təzyiq göstərilirdi və son dövrlərdə Ştrasserin müxtəlif qüvvələrin dəstəyi ilə yaratdığı siyasi şouları hər kəs xatırlayır. Nəhayət ki, haqq zəfər çaldı. Bu, ilk növbədə Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin apardığı ağıllı, ardıcıl siyasətin, Avropa Şurasında düzgün qurulmuş işin, eyni zamanda, ayrı-ayrı avropalı deputatlarla aparılmış uzunmüddətli izah, anlatma, inandırmaq fəaliyyətlərinin yekunudur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00