İranın nüvə bazasını MOSSAD partladıb - Elxan Şahinoğlu
“Fordonun partladılmasını da MOSSAD həyata keçirib”
28 Yanvar 2013 15:36 Siyasətİranın ən gizli nüvə bazası Fordo partladılıb. İranın keçmiş kəşfiyyatçısı Həmidrza Zəkərinin sözlərinə görə bazanı İsrail MOSSAD-ı məhv edib. Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə MOSSAD-ın Fordonu partlatması inandırıcıdır: "Çünki, İsrailin ən başlıca məqsədi İranın nüvə bazalarını məhv etməkdir. Dünya ictimaiyyəti də bilir ki, İran nüvə silahı əldə etsə Tehranın ilk vuracağı hədəf İsrail olacaq. Fars hakimiyyəti bununla İsraili yer üzündən silmək istəyir. Ona görə də İsrail İrandan ehtiyatlanır və qorxur. Parlamentə qələbə qazanan Lipud partiyasının sədri Binyamin Netanyahu da yaxın müddətdə İranlı vuracaqlarını bildirmişdi. Bir neçə müddət bundan qabaq İranda nüvə alimlərinin öldürülməsində də MOSSAD-ın əli olub. Fordonun partladılmasını da MOSSAD həyata keçirib" ("OLAYLAR" İA)