Ermənistandakı iqtisadi böhran erməni dövlətini tənəzzülə aparır
Sabit Bağırov: “Ermənistan hakimiyyətinin yeganə çıxış yolu havadarlarına arxalanaraq iqtisadi böhranı dəf etməkdir”
28 Yanvar 2013 12:44 SiyasətErmənistan parlamentinin Maliyyə-kredit və büdcə məsələləri üzrə daimi komissiyasının sədri Qaqik Minasyanın erməni mətbuatına verdiyi açıqlamaya görə 2012-ci ildə Ermənistan hökumətinin xarici borcu 2011-ci illə müqayisədə təxminən 300 milyon dollar artaraq 3 milyard 859 milyon dollar olub. "Ermənistan iqtisadiyyatı həqiqətən də ağır iqtisadi böhran dövrü keçirir" deyən iqtisadçı Sabit Bağırovun sözlərinə görə ölkənin xarici borcu kifayət qədər çoxdur: "Bu Ermənistan iqtisadiyyatının tənəzzülünün göstəricisidir. Tendensiya bu cür davam edərsə Ermənistan iqtisadiyyatını daha ağır dövr gözləyir. Ermənistan hakimiyyətinin yeganə çıxış yolu havadarlarına arxalanaraq iqtisadi böhranı dəf etməkdir" ("OLAYLAR" İA)