NATO PATRİOT-ları Azərbaycanın lehinə işə salına bilər - POLİTOLOQ

Vəfa Quluzadə: “Vladimir Jirinovski Rusiya hakimiyyətinə xoş görünmək üçün sarsaqlayır”

Rusiya Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski Türkiyə-Suriya sərhədində yerləşdirilən NATO PATRİOT-larını rəsmi Ankara üçün real təhlükə adlandırıb. Jirinovskinin sözlərinə görə əslində ABŞ və NATO-nun məqsədi Suriyadakı prosesləri Türkiyədə davam etdirməkdir. "Jirinovski qocaldıqca başı xarab olur, ona öz Vətənində "siyasi kloun" deyirlər. Bu "siyasi təlxək" bilir ki, Rusiya hakimiyyəti Azərbaycan və Türkiyənin əleyhinədir" deyən politoloq Vəfa Quluzadənin sözlərinə görə Jirinovski rus hakimiyyətinin xoşuna gəlmək üçün sarsaqlayır: "Həmişə Azərbaycanın əleyhinə, "Dağlıq Qarabağ Ermənistanın lehinə həll edilməlidir" kimi tez-tez sərsəm bəyanatlar verir. Ona görə də Jirinovskiyə fikir vermək lazım deyil. PATRİOT-lar ilk növbədə Bəşər Əsədin təyyarələrini vurmaq üçün nəzərdə tutulub. Digər tərəfdən həmin sistem regionda hər hansı bir münaqişə baş verərsə ona qarşı işə salına bilər və PATRİOT-lar Azərbaycanın xeyrinə də istifadə oluna bilər. Jirinovski bunu çox gözəl bilir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00