Rusiya Suriyada ABŞ və Qərbə məğlub olduğunu etiraf edir - AÇIQLAMA

Rüstəm Məmmədov: “Suriyada Qərbin formalaşdırdığı hökumət işə başlayacaq”

Rusiyanın baş naziri Dmitri Medvedyev Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdə qalmaq şanslarının tükəndiyini bildirib. Siyasi analitiklər hesab edirlər ki, Əsəd rejiminin devrilməsindən sonra Rusiya Yaxın Şərqdəki sonuncu forpostunu itirəcək. Bu amil Rusiyanın Suriyada ABŞ və Qərbə məğlub olması kimi qiymətləndirilir. Məsələyə münasibət bildirən politoloq Rüstəm Məmmədovun sözlərinə görə Rusiya maksimum dərəcədə çalışdı ki, Suriyadakı mövqelərini qoruyub saxlasın: "Çünki Suriya Rusiyanın Yaxın Şərqdəki sonuncu forpostudur. Lakin, Rusiya öz mövqeyini qoruyub saxlaya bilmədi. Bu proseslərdə Suriyanın taleyi artıq həll olunub. Faktiki olaraq Əsəd rejimi devrilməli və Suriyada Qərbin formalaşdırdığı hökumət işə başlamalıdır" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00