Erməni deputat Azərbaycanın lehinə olub – FOTO
28 Yanvar 2013 11:54 SiyasətAvropa Şurası Parlament Assambleyasında (AŞPA) almaniyalı deputat Kristof Ştrasserin təklif etdiyi Azərbaycanda "siyasi məhbus" məsələsi haqqında qətnamə layihəsinin əleyhinə səs verənlər arasında erməni deputat da olub. Femida.az-ın məlumatına görə, bu, Rusiya Dövlət Dumasının deputatı, milliyyətcə erməni olan Ter Avanesov Aleksandr Borisoviçdir. Maraqlısı həm də odur ki, Ter Avanesov 1969-cu il oktyabrın 13-də Bakı şəhərində anadan olub.
Xatırladaq ki, Azərbaycanın əleyhinə hazırlanmış "siyasi məhbus" məsələsi haqqında qətnamə səsvermənin sonunda qəbul olunmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00