Sərdar Cəlaloğlu Eldəniz Quliyevə “o, şərəf deyil” dedi

ADP sədri: “Düşünmürəm ki, Azərbaycanın ən ləyaqətli adamları, ancaq onlardır”

Jurnalistin "Rüstəm İbrahimbəyovun "El" hərəkatında Lalə Şövkət, Etibar Məmmədov, Sərdar Cəlaloğlu və digərləri də varmı?" sualına Ziyalılar Forumunun sədri Eldəniz Quliyev bu cür cavab verib: "Yalnız Lalə Şövkət haqqında deyə bilərəm. Mən onu ləyaqətli siyasətçi sayıram!" "Hər kəs öz ləyaqəti çərçivəsində başqalarının ləyaqətinə qiymət verir" deyən ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə ləyaqət hər kəsin  şəxsi qiymətidir: "Söhbət o şərəfdən gedirsə başqaları da sənə qiymət verə bilər, o da şərəf deyil, amma söhbət ləyaqətdən gedirsə onu deyən adamın özü (Eldəniz Quliyevi nəzərdə tutur) öz ölçüsündən çıxış edib deyir. Birincisi bizi o hərəkata dəvət etməyiblər, əgər onlar bu hərəkatı ləyaqətlə ölçürlərsə mən düşünmürəm ki, Azərbaycanın ən ləyaqətli adamları ancaq onlardır. Açıq şəkildə göstərirlər, heç də onların məqsədi ümummilli məsələlərə xidmət etmirlər. Onlar məni Rusiyadakı çıxışlarıma görə bu toplumda görmək istəmirlər. Ona görə də bu cür məsuliyyətsiz bəyanat verirlər" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00