AŞPA-nın hesabatında Qarabağ həqiqətlərinin əksini tapması müsbət haldır

"AŞPA-nın qəbul etdiyi hesabatda bizi narahat edən məqamların olmasına baxmayaraq, sənəddə Dağlıq Qarabağ problemi ilə əlaqədar həqiqətlərin əksini tapması müsbət haldır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin sədr müavini Bahar Muradova səsləndirib. Vitse-spiker deyib ki,  bu problem ətrafında vəziyyət elədir ki, onu gizlətmək mümkün deyil: "Problemə aid həqiqətlər getdikcə, daha aydın görünməkdədir və bu da özünü beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə tapır. Azərbaycan ərazilərinin bir hissəsi işğal olunub, bir milyon insan qaçqın və köçkün vəziyyətindədir, maddi-mənəvi nemətlərimiz erməni silahlı qüvvələrinin tapdağı altındadır. Üstəlik də, erməni mətbuatı və ona dəstək verən beynəlxalq dairələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır və erməni lobbisi bütün uyğun məqamlarda Azərbaycanın qazandığı uğurlara kölgə salmaq və qarşımıza sədlər çəkməkdən ötrü bütün imkanlarından istifadə edirlər. Əlbəttə ki, həqiqətlər aşkar olunduqca, bu Azərbaycanın mövqeyinin möhkəmlənməsinə gətirib çıxarır. Və Qarabağ həqiqətlərinin daha çox beynəlxalq sənədlərdə əksini tapması danışıqlar prosesində istinad olunacaq sənədlərin çərçivəsini genişləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00