Avropa çökdükcə türk millətləri yüksəlir - AÇIQLAMA

Sabir Rüstəmxanlı: “Avropa mənən çökdükcə türk millətləri bölgədə söz sahibi olurlar”

2012-ci ildə  Avropada yaşayan türklərə qarşı 108 irqçi təzyiq və təqiblər baş verib. Bu sahədə ən irəlidə olan Avropa ölkəsi isə Almaniya və Fransadır. "Əsrlərlə Avropa türk millətlərinə, İslam dünyasına qarşı mənfi yanaşma tərzi nümayiş etdirir, düşmənçilik münasibəti göstərib" deyən millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə Səlib yürüşlərindən başlayaraq bu tendensiya bu gün də davam edir: "Bəzən zahirən, müvəqqəti yaxınlaşmalar olsa da türk millətlərinə qarşı gizli savaş gedir. Türklər Avropaya inteqrasiya etdikcə, orada möhkəmləndikcə onların avropalılar qarşısındakı mənəvi üstünlükləri açıq şəkildə görünməyə başlayıb. Getdikcə Avropanın ictimai-siyasi həyatında müəyyən dövlətlər tərəfindən rəğbətlə qarşılanırlar. Bu da müəyyən təpkilərlə qarşılanır. Avropa mənən çökdükcə türk millətləri Avropada söz sahibi olurlar" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00