Vladimir Putin Rusiyanı aldadır - FİKİR

Elçin Mirzəbəyli: “Putinin yeni hakimiyyəti dönəmində Rusiyanın nüfuzuna da ciddi zərbə dəyir”

Rusiyanın "Levada" araşdırma təşkilatı prezident Vladimir Putinin yeni reytinqini açıqlayıb. Təşkilatın məlumatına görə 45 regionun 130 yaşayış məntəqəsindən cəmi 38%-i Putinə güvənirlər. Siyasi analitiklər isə bu göstəricinin çox aşağı olduğunu bildirirlər."Putin Medvedyevlə yerdəyişməsindən sonra Rusiyada islahatların aparılması ilə bağlı bir sıra vədlər vermişdi. Iakin, bu islahatların heç biri həyata keçirilmədi" deyən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə Putin hakimiyyətə gələndən sonra Medvedyevin hakimiyyəti dönəmində atılan addımların davamı olmadı: "Medvedyev yeniləşmə və modernləşdirmə siyasətini həyata keçirirdi, həmçinin liberallaşma istiqamətində müəyyən irəliləyişlər var idi. Lakin, Vladimir Putin yenidən hakimiyyətə gələndən sonra bu proses tamamilə dayandırıldı. Bu amil də bu gün Putinin Rusiya daxilində reytinqinin aşağı düşməsinə zəmin yaradır. Putinin yeni hakimiyyəti dönəmində Rusiyanın nüfuzuna da ciddi zərbə dəyir. Hərbi ritorikanı üstün tutan Putin bu sahədə də ciddi irəliləyişlərə nail ola bilməyib. MDB təhlükəsizlik çərçivəsində atdığı addımlar prinsip etibarilə heç bir nəticə vermir. Həmçinin MDB məkanında "Avrasiya iqtisadi bölgəsi" yönündəki çalışmalarının da nəticəsi yoxdur. Bu da prinsip etibarilə ritorik və avantürist bir siyasətdir və Putinin yaxın gələcəkdə də uğur qazanmayacağını bildirir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00