İranda iqtisadi böhran daha da ağırlaşacaq - AÇIQLAMA

Sabit Bağırov: “Sanksiyalar davam etsə İran hakimiyyəti ölkədəki iqtisadi böhranın qarşısını ala bilməyəcək”

"İrana qarşı sanksiyalar davam edəcək və proses daha da sərtləşdiriləcək". Bu barədə Amerika mətbuatına açıqlama verən ABŞ dövlət katibliyi postuna namizəd Con Kerri deyib. Kerri həmçinin beynəlxalq təşkilatların da İrana qarşı sərt addımlar atacağını bildirib. "Bu sanksiyaların qarşısını almaq mümkün deyil, əgər sanksiyalar tətbiq olunmağa davam etsə İran hakimiyyəti ölkədəki iqtisadi böhranın qarşısını ala bilməyəcək" deyən iqtisadçı Sabit Bağırovun sözlərinə görə embarqo İran iqtisadiyyatı daha ağır vəziyyətə salacaq: "Sanksiyalar daha da sərtləşdirilsə İran bu böhrandan çıxa bilməyəcək" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00