Səməd Seyidov “kürü ləkəsi”ndən danışdı VIDEO

Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasında "kürü" diplomatiyası ilə bağlı Azərbaycanın ünvanına səsləndirilən tənqidləri Azərbaycan nümayəndə heyətinin rəhbəri cavablandırıb. BBC Azərbaycancaya müsahibəsində Səməd Seyidov ölkəsinin "ləkə yapışmayan quru divar" olduğunu deyib.
"Nə qədər bizə ləkə vursalar da, kürü ləkəsini vursalar da, neft ləkəsini vursalar da, divar qurudur - yapışar sonra düşər". Avropa Şurası siyasi məhbuslar üzrə hesabatı qəbul etməməklə Azərbaycana qarşı növbəti addımı "ifşa" edib, deyib Səməd Seyidov.
BBC Azərbaycanca müxbiri Leyla Nəcəfli ondan sessiyada səslənən "kürü diplomatiyası" tənqidinə münasibət bildirməsini istəyib və Azərbaycanın hansı lobbiçilik vasitələrindən istifadə etməsini soruşub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00