Azərbaycanın Los Ancelesdəki baş konsulu San Fransiskoda Amerika Yəhudi Komitəsinin gənc liderləri ilə görüşüb

ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatı olan Amerika Yəhudi Komitəsinin (AYK) San Fransisko bölməsinin dəvəti ilə, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev AYK-in gənclər təşkilatı ACCESS-in fəalları qarşısında çıxış etmişdir. Qeyd edək ki, ACCESS ABŞ-ın yəhudi icmasının gələcək liderlərini hazırlamaqla məşğul olan təşkilatdır. Sözügedən çıxış ACCESS təşkilatının bütün ABŞ üzrə elan etdiyi, "10 diplomatla 10 görüş" çərçivəsində keçirilmişdir.
Baş konsul çıxışında, əsasən, Azərbaycanın yaxın tarixi və hazırkı inkişafı, regionda oynadığı aparıcı rol, Azərbaycan-ABŞ münasibətləri, Azərbaycanın ABŞ üçün önəmi, Azərbaycan-İsrail tərəfdaşlığı, ölkəmizdəki yəhudi icması və bu icmaya Azərbaycanda daim göstərilən diqqət və qayğı, Azərbaycanın möhkəm dini və etnik dözümlülük ənənələri, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və digər məsələlərdən bəhs etmişdir. Çıxışdan sonra N.Ağayev iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.





 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00