Türkiyə Jandarma Qüvvələrinin baş komandanı Azərbaycana gəlib
24 Yanvar 2013 19:12 SiyasətTürkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncunun başçılıq etdiyi nümayəndə heyəti bu gün Azərbaycana gəlib.
APA-nın məlumatına görə, general B. Kalyoncu Bakıda iki gün səfərdə olacaq.B. Kalyoncu yanvarın 25-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının Bakıda keçiriləcək təsis toplantısında iştirak edəcək, Daxili İşlər Nazirliyi və Daxili Qoşunlarda görüşlər keçirəcək.Səfər yanvarın 26-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00