DAK İdarə Heyəti Urmiya gölü ilə bağlı bəyənat yaydı

Gölün quruması yerli azərbaycanlıların kompakt yaşamağının qarşısını alacaq

"Urmiya gölünün məqsədli şəkildə qurudulması, əhalinin öz tarixi torpaqlarından didərgin salınması əslində bir millətə qarşı yönəlmiş irqi ayrıseçkilik siyasətindən qaynaqlanır". DAK İdarə Heyətinin Urmiya gğlü ilə bağlı yaydığı bəyənatda bildirilir ki, son aylarda Güney Azərbaycanın Qaradağ bölgəsində baş vermiş zəlzələdən zərər çəkən insanlara molla rejiminin qeyri-insani münasibəti və onların ağır durumuna etinasız münasibət din adı altında gizlənmiş bu rejimin faşist mahiyyətini ortaya qoymaqdadır: "İran adlanan ölkənin Azərbaycan türklərinə qarşı milli repressiya siyasətinin ən sərt örnəklərindən biri də Urmiya gölü ilə bağlıdır. Urmiya gölü İranda ən böyük göl hesab olunur. Sahəsi təqribən 5000-6000 kv.km, hövzəsində suyun həcmi 20-24 milyard kubmetr olub, eni 40 km, uzunluğu 130 km-dir. Dəniz səviyyəsindən 1274 m yüksəklikdə yerləşən bu su hövzəsinin dərinliyi orta hesabla 5 m-dir. Ən dərin yerinin isə 7 m olduğu bildirilir. Qədim türk dilində bu gölün adı "suda yaşayış yeri" anlamını verir. Gölə Acıçay, Sofiçay, Leylançay, Qalaçay, Üsküçay, Tufarqançay, Dərəçay, Sınıxçay çaylarının suyu tökülür. Elmi mənbələrdə göstərilib ki, bölgəyə yağıntının ən az düşdüyü illərdə belə Urmiya gölündə suyun səviyyəsi aşağı düşməyib, buna səbəb isə gölə yeraltı çayların axmasıdır". Bəyənatda bildirilir ki, gölün quruması nəticəsində bölgədə ekoloji tarazlıq pozulacaq ki, bu da insanların burda yaşamasını, əkinçilik və maldarlıqla məşğul olmasını mümkünsüz edəcək. Yerli əhali çıxış yolunu İranın digər bölgələrinə köçməkdə görəcək. Bu isə yerli azərbaycanlıların kompakt yaşamağının qarşısını alacaq və assimilyasiya prosesini sürətləndirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00