Bu il Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə görüşü keçiriləcək
24 Yanvar 2013 17:26 SiyasətTürkdilli Ölkələrin Əməkdaşlıq Şurasının üçüncü zirvə görüşü bu il ərzində Azərbaycanda keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı adıçəkilən şuranın baş katibi Halil Akınçı verib. Bildirib ki, cari ildə həmçinin türk dünyasının birlik və bərabərliyi ilə əlaqədar bir sıra önəmli toplantıların da Azərbaycanda keçirilməsi nəzərdə tutulur: "Dünya ölkələrində fəaliyyət göstərən türk diaspor təşkilatları rəhbərlərinin də ilk toplantısının bu il ərzində Azərbaycanda keçirilməsi gündəlikdədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00