Keçən il 37854 nəfər YAP-a üzv olub
24 Yanvar 2013 17:26 Siyasət2012-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarına 37854 nəfər yeni üzv qəbul olunub. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, onlardan 20 min nəfərdən çoxu gənclərdir. Hazırda partiyanın 7573 ilk təşkilatında qeydiyyatda olan partiya üzvlərinin ümumi sayı isə 591355 nəfərə çatıb. 2012-ci ildə partyia üzvlük haqlarından partiya büdcəsinə 5 milyon 389 min 557 manat daxil olub. Daxil olmuş vəsaitin 2 milyon 969 min 702 manatı əmək haqlarının ödənilməsinə, 1 milyon. 98 min 855 manatı müxtəlif xarakterli partiya tədbirlərinin, o cümlədən üç beynəlxalq tədbirin maliyyələşdirilməsinə, 198 min manatı ezamiyyə xərclərinə, 250 min manatı təsərrüfat inventarlarının, texniki avadanlıqların və nəqliyyat vasitələrinin alınmasına, 145 min manatı nəqliyyat vasitələrinə texniki xidmət və yanacaq xərclərinə, 268 min manatı cari təmir işlərinə, 73 min manatı çap işlərinə, 387 min manatı kommunal, icarə haqqı, rabitə xərcləri, bank xidməti, dəftərxana və s. istiqamətlərə sərf edilib.