YAP İdarə Heyətinin iclası keçirilib
24 Yanvar 2013 17:06 SiyasətYeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə,
iclasda Yeni Azərbaycan Partiyasının 2012-ci ildə fəaliyyətinə dair hesabatı, maliyyə hesabatı, o cümlədən Qadınlar Şurası və Gənclər Birliyinin statistik hesabatları müzakirə və təsdiq olunub. İdarə Heyətinin iclasında qeyd olunub ki, hesabat ilində Yeni Azərbaycan Partiyası ictimai - siyasi proseslərə təsir imkanları xeyli genişlənib, cəmiyyətdəki aparıcı mövqeyi daha da möhkəmlənib və beynəlxalq nüfuzu yüksəlib. Hesabat ilində partiyanın beynəlxalq əlaqələrinin inkişafına xüsusi diqqət yetirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00