ADP vətəndaşları zorakılqlardan çəkinməyə çağırıb

Azərbaycan Demokrat Partiyası İsmayıllı rayonunda baş vermiş son olaylarla bağlı bəyanat yayıb. Partiyadan "OLAYLAR"-a daxil olan bəyanatda qeyd olunur ki, son vaxtlar Azərbaycanın müxtəlif bölgələrində - Quba, Gəncə, İsmayıllı və Bakı şəhərində xalqın sosial-iqtisadi tələblərlə kütləvi etiraz səsləri eşidilir. Partiya əhalinin sosial-qitisadi problemlərlə bağlı tələblərini normal qarşılasa da, lakin hadisələrin milli və dovlət maraqlarına zidd istiqamətdə davam edəcəyindən narahatlığını ifadə edir. ADP hesab edir ki, bütün bu hadisələr ölkədə məmur özbaşınalığının nəticəsidir. Partiya ölkə vətəndaşlarını yaranmış hadisələr fonunda hər cür zorakılıqlardan çəkinməyə, öz hüquqlarını dinc və demokratik  yolla müdafiə etməyə çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00