Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament Birliyinin illik tədbirlərində iştirak etdi
25 Yanvar 2013 00:58 Siyasət17-21 yanvar tarixlərində Sudanın paytaxtı Xartum şəhərində İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin illik yığıncaqları keçirildi. Bu sırada təşkilatın İcraiyyə Komitəsinin yığıncağı və 4 daimi komitənin - siyasi məsələlər və xarici əlaqələr; iqtisadi məsələlər; qadın məsələləri; eləcə də sivilizasiyaların dialoqu və mədəniyyətlərarası əməkdaşlıq üzrə daimi ixtisaslaşmış komitələrin iclasları oldu. Tədbirlərdə 37 nümayəndə heyəti iştirak edib. Onların sırasında 14 ölkənin parlament spikeri, 8-nin vitse-spikeri, eləcə də 9 beynəlxalq təşkilatın müşahidəçiləri, o cümlədən Azərbaycanın Qara Dəniz Ölkələri Parlament Assambleyasında Azərbaycan təmsilçisi deputat Asəf Hacıyev də olub. Azərbaycan parlamentinin nümayəndə heyətini millət vəkilləri Gövhər Baxşəliyeva (nümayəndə heyətinin rəhbəri), Sabir Rüstəmxanlı və Mirkazım Kazımov (nümayəndə heyətinin üzvləri) təmsil ediblər. ("OLAYLAR"İA)