Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerlə görüşüb

Bu gün Prezident İlham Əliyev Davosda və İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerlə görüşüb. Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, xüsusilə də enerji sektorunda inkişaf perspektivlərinin önəmi vurğulanıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident Ueli Maurer son illərdə Azərbaycanın qazandığı yüksək iqtisadi nailiyyətlərə görə Prezident İlham Əliyevi təbrik edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00