Rusiya Saakaşvilini öldürtdürmək istəyir - FİKİR

Qabil Hüseynli: “İvanaşvilinin Saakaşvilinin əleyhinə çıxması bilavasitə Rusiyanın sifarişidir”

Gürcüstanın baş naziri Bidzina İvanaşvilinin prezident Mixail Saakaşviliyə qarşı təqibləri yüksələn xətt üzrə davam edir. İvanaşvilinin göstərişi əsasında Tiflisdə prezident iqamətgahı qarşısında minlərlə gürcü Saakaşvilini istefaya səsləyir. Baş nazirin prezidentə qarşı aqressiyası siyasi analitiklər tərəfindən birmənalı qarşılanmır. "İvanişvili müstəqil adam deyil, onun Qərbmeyilli olmasını sübut etmək olmaz. Amma, baş nazirin rusmeyilli olmasını sübut etmək üçün kifayət qədər faktlar var. Təkcə Abxaziyadan keçən, Rusiyanı Ermənistanla birləşdirən dəmiryol xəttinin bərpa edilməsi haqqında strategiyası Rusiyanın maraqlarına xidmət edən layihədir, eyni zamanda "Bakı-Tiflis-Qars dəmiryol proyekti"nə problem yaradan amildir. Ümumiyyətlə İvanaşvilinin son zamanlardakı çıxışlarını analiz etsək görərik ki, o, rusmeyilli yox, Rusiyanın saterliti, əlaltısı olan bir adamdır. Bu nöqteyi-nəzərdən də İvanaşvilinin Saakaşvilinin əleyhinə çıxması bilavasitə Rusiyanın sifarişidir" deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə Rusiya uzun illərdir ki, Saakaşvilini ya öldürdürməyə, ya da ki, hakimiyyətdən getməsinə nail olmağa çalışır: "Buna görə də İvanaşvili özünün milyonlarla vəsaiti hesabına Saakaşviliyə qarşı mitinqlər təşkil edir, onun vaxtından əvvəl hakimiyyətdən getməsinə çalışır. Güman edirəm ki, Saakaşvili İvanaşviliyə cavab verəcək. Saakaşvili öz komandası ilə İvanaşvili kimi bir siyasətbazın dərsini verəcək" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00