Bu gün İran adlanan yer insan haqlarının təhlükə mənbəyinə çevrilib

DAK Güney Azərbaycanla bağlı dünya ictimayyətinə müraciət etdi

DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniya adından yayılan müraciətdə deyilit ki, XXI əsr insan hüquqlarının və milli haqların bərpası dönəmidir. Belə bir zamanda Yaxın və Orta Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biri, dünya tarixində müstəsna imzası və möhrü olan Azərbaycanın böyük bir hissəsi İran adlanan şər rejiminin zülmü altında yaşamaqdadır. Ötən əsrin sonlarında Sovetlər Birliyinin dağılması ilə Azərbaycanın quzeyində müstəqil dövlət - Azərbaycan Respublikası quruldu. Amma Güney Azərbaycandakı toplum hələ də istismar altında yaşamaqdadır. 80 ildən çox İran diyarında hakim olan panfarsizm ideologiyası bütün milli kimlikləri tapdalayaraq fars üstünlüyünün qoruqçusu olmuşdur. Bu arada İran əhalisinin yarıdan çoxunu təşkil edən Cənubi Azərbaycan türkləri bu çirkin siyasətə qurban gedən ilk etnik qruplardandır. Soydaşlarımız istər mədəni, istərsə də iqtisadi sahədə olsun, istismara məruz qalıblar. Düz 85 ildir İran adlanan yerdə qeyri-fars millətləri ən ibtidai hüqüqlarından, o cümlədən ana dilində təhsil almaq, mətbuat vasitələrindən yararlanmaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün hansısa mədəni tədbirlərini keçirməkdən məhrum edilib: "Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində hər bir insanın əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı tanınır: bu hüquqa maneəsiz olaraq, öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir. İranda müxalif fikir və düşüncəni yazan qəzetlərin bağlanması adi hal alıb. İnsanlar fikir və əqidələrinə görə təqib olunur, həbs edilir, öldürülür. Bir sözlə bu gün İran adlanan yer insan haqlarının və insan kimi yaşamanın təhlükə mənbəyinə çevrilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00