Roland Kobia: “Dağlıq Qarabağ münaqişəsi bölgəsində gərginliyi artıracaq istənilən addıma qarşıyıq”
23 Yanvar 2013 17:12 Siyasət"Biz bu barədə fikrimizi bildirmişik. Bölgədə gərginliyi artıracaq istənilən addım və təşəbbüsə qarşıyıq".Bunu Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyin rəhbəri Roland Kobia Xocalı aeroportu ilə bağlı yaranmış son vəziyyəti şərh edərkən deyib. R. Kobia bildirib ki, AB beynəlxalq qanun və normalar çərçivəsində hərəkət etməyə üstünlük verir: "Biz bu istiqamətdə yalnız əməkdaşlığın və dialoqun davam etdirilməsinin əhəmiyyətli olduğunu hesab edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00