ABŞ və NATO İranı vurmaq istəmir -AÇIQLAMA

Ərəstun Oruclu: “Əli Laricani bəyanatı isə İranda keçiriləcək prezident seçkilərinə yönəlib”

İran parlamentinin sədri Əli Laricani İsraili hədələyib. Laricaninin sözlərinə görə əgər İsrail İranın nüvə bazalarına zərbə endirsə İran ona ağır cvab verəcək. Məsələyə münasibət bildirən politoloq Ərəstun Oruclunun sözlərinə görə Əli Laricanin bu bəyanatı İsraildə keçirilmiş parlament seçkilərinin nəticələrilə bağlıdır: "Çünki, həmin hakim koalisiya hakimiyyətdə qaldı, hətta Netanyahu hökumətinə yeni partiyanın qoşulmasına görə bir az da radikallıq əlavə olundu. Digər tərəfindən istisadi sanksiyalar İran iqtisadiyyatına öldürücü təsir göstərir və bu öz effektini açıq şəkildə bildirir. Bəyanat ilk növbədə İran cəmiyyətinə istiqamətlənib, cəmiyyəti mobilizasiya etmək məqsədini güdür. Bu gün ABŞ və NATO-nun planlarında İrana zərbə endirmək, hərbi müdaxilə etmək kimi niyyətləri yoxdur, bu barədə heç bir kəs bəyanat vermir. Əksinə Barak Obama Pentaqona elə bir rəhbər təyin etdi ki, o, ümumiyyətlə müharibələrin əleyhinədir. Bunu nəzərə alan İsrail də "İrana müharibə etmək lazımdır" kimi bəyanatlar vermir. Əli Laricani bəyanatının digər istiqaməti İranda keçiriləcək prezident seçkilərinə yönəlib. Seçkilərdə aponent namizədlərdən biri də Əli Laricani olacaq" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00