Leyla Yunus hərbçiləri hiddətləndirib
23 Yanvar 2013 16:17 Siyasət"Leyla Yunus hər zaman Azərbaycanda anti-milli və anti-dövlət fəaliyyəti ilə məşğul olub. Onun himayədarları Ermənistan və bu ölkəni idarə edənlərdir". Bunu deyən millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının sözlərinıə görə, o, Azərbaycana qarşı anti-dövlət kampaniyasını həm ölkə daxilində, həm də xaricdə aparır: ""İctimai dialoq" adlı saytın yaradılması da növbəti layihələrdən biridir. Guya onların fəaliyyəti xalq diplomatiyası, ayrı-ayrı dialoqlar vasitəsilə münaqişənin sülh yolu ilə həllinə kömək etməkdir. Lakin bu, bəhanədir, əslində mahiyyəti Ermənistanın təcavüzkarlığının davam etdirilməsini stimullaşdırnaqdır". Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev bildirib ki, Leyla Yunusun hazırki fəaliyyəti qəbul olunan deyil: "Əslində özünü hüquq müdafiəçisi kimi təqdim edən bu şəxs mütəmadi olaraq Azərbaycan dövlətinin əleyhinə fəaliyyətdə bulunub. Hətta xarici ölkələrdə, beynəlxalq təşkilatlarda belə Azərbaycanın əleyhinə çıxışlar edib. Biz müharibə veteranları olaraq belə fəaliyyəti pisləyirik". Sabiq hərbçi əlavə edib ki, "hüquq müdafiəçisinin" son fəaliyəti hərbçilərin qəzəbinə səbəb olub: "Azərbaycanın çörəyini yeyə-yeyə, ona qarşı fəaliyyət sərgiləmək heç bir halda qəbul edilən deyil. Belə məlum olur ki, Leyla Yunus kiməsə arxayındır ki, bu boyda şərəfsizliyə əl atır. Bütün bunlara baxmayaraq xüsusi xidmət orqanları belə şəxslərin gizli fəaliyyətini ictimaiyyətə açıqlamalı və onlar ictimai qınağa məruz qalmalıdır".