Müsavat Əli Kərimlinin liderliyini ciddi saymadı

"Facebookda keçirilən rəy sorğuları reallığı əks etdirmir və mühüm əhəmiyyət kəsb etmir". Bu fikirləri "OLAYLAR"-a Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı internet vasitəsilə keçirilən rəy sorğusunun nəticələrinə münasibət bildirərkən səsləndirib. Müsavat rəsmisi bildirib ki, Azərbaycanda bir nəfərin bir neçə dəfə internetə girərək səs vermək imkanlarının olduğunu və kütləvi şəkildə saxta profillərin mövcudluğunu nəzərə alaraq internetdə keçirilən rəy sorğularını ciddi hesab etmir.

Qeyd edək ki, internetdə keçirilən son rəy sorğusuna əsasən prezidentliyə namizədlər sırasında AXCP sədri Əli Kərimli Müsavat Partiyasının başqanı İsa Qəmbəri 5 dəfə geridə qoyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00