ATƏT PA-da Qarabağ problemi qaldırılacaq

"ATƏT PA-nın qarşıdan gələn qış sessiyasında Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyimizi bir daha səsləndirəcəyik". "OLAYLAR"-ın xəbərinə görə, bbelə bir açıqlama ilə çıxış edən qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Eldar İnrahimov deyib ki, ATƏT-in Minsk Qrupu 20 ildən artıqdır Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olsa da, hələ konkret nəticələr əldə olunmayıb. Eldar İbrahimov bildirib ki, münaqişənin həllinin uzanması Azərbaycan xalqının səbrini tükəndirir: "Azərbaycan xalqı münaqişənin uzanmasının əleyhinədir. Bu gün Azərbaycan bütün sahələr, o cümlədən hərbi sahə üzrə inkişaf edir. Sülh danışıqları nəticə verməsə, alternativ variant müharibə yoludur. Ermənistan vəziyyəti daha da gərginləşdirən addımlardan çəkinməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00