DAK İdarə Heyəti İsmayıl Ağayev haqda yazılanların yalan və iftira olduğunu bəyan edir

Yanvarın 19-da DAK İdarə Heyətinin Almaniyanın Frankfurt şəhərində keçirilmiş son toplantısında Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində Beynəlxalq Diaspora Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev haqqında həqiqətəuyğun olmayan məqalə çap olunması və onun ermənilərlə işbirliyi qurması barədə şayiələr yayılması haqqında məsələ və məqalə müzakirə edilmişdir. DAK İdarə Heyətinin üzvləri məsələyə münasibət bildirmiş, İsmayıl Ağayev haqda yazılanların yalan olduğu və ermənilərlə işbirliyi haqda onun barəsində yazılanların iftira olduğu vurğulanmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00