Ermənistan Xankəndi aeroportunu istifadəyə verə bilməyəcək - AÇIQLAMA

Yevda Abramov: “Serj Sərkisyanın açıqlaması seçkiqabağı populist çıxışlardır, ağıllı dövlət başçısı bu cür riskə getməz”

Xankəndi aeroportunun yaxın müddətdə istifadəyə veriləcəyi barədə yayılan məlumatlar səngimək bilmir. Siyasi analitiklər hesab edirlər ki, Serj Sərkisyan hakimiyyəti bu cür təhlükəli qərara getməyəcək. "Serj Sərkisyanın açıqlaması seçkiqabağı populist çıxışlardır, ağıllı dövlət başçısı bu cür riskə getməz. Çünki, məsələ barədə dünyada kifayət qədər polemikalar gedir. Bununla bağlı Nazirlər Kabinetinin xüsusi sərəncamı və Çikaqo Konvenisyası var, Ermənistan rəhbərliyni bunu çox gözəl bilir" deyən millət vəkili Yevda Abramovun sözlərinə görə Ermənistan Xankəndindən təyyarəni qaldırsa Azərbaycan onu vurmalıdır: "Dövlət beynəlxalq qanunlara riayət etməsə bu həmin qanunlara hörmətsizlik olacaq. Sərkisyan populist çıxış edir ki, Xankəndindən qalxan ilk təyyarənin sərnişinləri Minsk qrupunun həmsədrləri olacaq. ATƏT həmsədrləri o qədər də ağılsız deyillər ki, Sərkisyanın fitvasına gedib, beynəlxalq hüquqnormalarını pozsunlar. Çünki, Minsk qrupunun həmsədrləri iki dövlət arasında problemin həll edilməsinə çalışırlar. Serj Sərkisyanın bu çıxışı seçkilərdən qabaq xal qazanmağa hesablanıb" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00