Ərdoğan: "Türkiyə kürdlərə yox, PKK-ya qarşı vuruşur"
23 Yanvar 2013 11:15 SiyasətTürkiyə terrorizmdən əziyyət çəkən ölkə kimi kürdlərə deyil, Kürd Fəhlə Partiyasına qarşı vuruşur. Bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü TRT Haber telekanalı yayıb.
Ərdoğanın sözlərinə görə, Ankara öz ərazilərini terrordan müdafiə etmək üçün tam hüquqa malikdir və terrorizmə qarşı mübarizə PKK yaraqlıları silahı yerə qoymayınca davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00