“Gültəkin Hacıbəyli prezidentliyə namizəd olmaq istəyirsə, bunu açıq-aydın şəkildə bəyan etməlidir” - MÜNASİBƏT

"Sabiq millət vəkili Gültəkin Hacıbəyli elmi, tənqidi məqalə yazmaq, siyasi mövqeyini ortaya qoymaq, prezidentliyə namizəd olmaq istəyirsə bunu açıq-aydın şəkildə bəyan etməlidir". Bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasının  icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ziyalılar Forumunun üzvü, eks millət vəkili Gültəkin Hacıbəylinin son günlər sərgilədiyi mövqeyə münasibətini bildirərkən dilə gətirib. Millət vəkili əlavə edib ki, təmsil etdiyi partiya  sadəcə, həmin insanla siyasi mübarizə aparır. G.Hacıbəylinin siyasi müstəvidə deyəcəklərinə qarşılıq yetərincə arqumentləri var: "Mən insanların şəxsiyyəti ilə bağlı deyil, əksinə, siyasi müstəvidəki mövqeyi ilə bağlı fikirlərin tərəfdarıyam. Biz hər zaman açıq mükaliməyə hazırıq. Döyüş meydanımız isə seçkilər zamanı onlarla üz-üzə gələcəyimiz televiziya, media, dialoq məkanları olacaq. Gəlsinlər görək kim güclüdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00