Leyla Yunus düşmən dəyirmanına su tökür - ŞƏRH

Rauf Zeyni: “Biz belə məqsədyönlü əməkdaşlığı qəbul etmirik və kəskin etirazımızı bildirirk”

Fəaliyyəti boyu Azərbaycan dövlətinə qarşı mübarizə aparan, bu işdə xarici havadarlarından dəstək alan və hətta ermənilərlə iş birliyi qurmaqdan çəkinməyən Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunus bu gün də ənənəsini davam etdirməkdədir. Anti-milli, anti-Azərbaycan mövqeyi ilə fərqlənən "hüquq müdafiəçisi" əslində belə fəaliyyəti ilə ermənilərin dəyirmanına su tökmüş olur. Çünki, onun istənilən fəaliyyətinin arxasında maddi maraqlar dayandığından ermənilər tərəfindən alət kimi istifadə edilir. Təbii ki, belə fəaliyyət torpağının 20 faizi işğal altında olan  Azərbaycan insanı tərəfindən qəbul edilə bilməz.

Xatırladaq  ki,   Böyük Britaniyanın Azərbaycandakı və Ermənistandakı səfirliklərinin dəstəyi ilə  Ermənistanın "Region" araşdırma mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən yeni layihə həyata keçirilməyə başlayıb. Layihə çərçivəsində publicdialogues.info ( İctimai dialoq) adlı sayt yaradılıb. Sayt elə fəaliyyət başlayan kimi azərbaycanlı və erməni jurnalistlər "İrs" partiyasının sədri Raffi Ovannisyandan müsahibə alıblar. O, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini "Dağlıq Qarabağ Respublikası" kimi təqdim edib. Məhz bu səbəbdən Milli QHT Forumunun prezidenti Rauf Zeyni Azərbaycanın hüquq müdafiəçisi Leyla Yunusun ermənilərlə müştərək sayt yaratmasını qəbuledilməz hesab edir. Forum prezidenti bildirib ki,  hər hansı azərbaycanlının və özünü insan hüquqlarının müdafiəçisi kimi təqdim edən istənilən Azərbaycan vətəndaşının anti-milli fəaliyyəti yolverilməzdir. Ona görə də torpaqlarının 20 ildən artıq bir müddətdə işğal altında saxlandığı, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirdiyi, münaqişənin həllində qeyri-konstruktiv mövqe nümayiş etdirdiyi bir vaxtda ermənilərlə birgə layihələrin həyata keçirilməsi düşmən dəyirmanına su tökməyə bərabərdir: "Bütövlükdə Ermənistanın rəhbərliyi, qeyri-hökumət təşkilatları, siyasi xadimləri Azərbaycana qarşı öz mövqelərindən bir addım da olsun geri çəkilmədikləri bir məqamda belə fəaliyyət başa düşülən deyil. "İctimai dialoq" adlanan saytda Azərbaycanın milli və dövlət maraqlarına uyğun olan heç nə yoxdur.  Və inandırıcı deyil ki, bundan sonra da Azərbaycanla bağlı hansısa obyektiv məlumatlar yerləşdirilsin. Sayta diqqət yetirdikdə ilkin qənaət ondan ibarət olur ki, o, Azərbaycana qarşı yaradılmış bir saytdır. Mən həm bir vətəndaş, həm də Milli QHT Forumunun prezidenti kimi o mövqe ilə heç cür razılaşa bilmərəm. Biz Ermənistan siyasi xadiminin Dağlıq Qarabağı respublika  adlandırdığı bir vaxtda ermənilərlə hər hansı iş birliyinə getməyin tərəfdarı deyilik, buna bir Azərbaycan vətəndaşı və Forum rəhbəri kimi etirazımı bildirirəm". Onun fikrincə, regionda münaqişələrin həlli,  sülhün bərqərar olması ədalət və bəşəri hüquqlar prinsipləri çərçivəsində həllini tapmalıdır: "Bu baxımdan biz  hər hansı danışığın aparılması, görüşlərin keçirilməsinə etiraz etmirik. Ancaq Azərbaycan və Ermənistanda fəaliyyət göstərərn Britaniya səfirliyinin dəstəyi ilə belə bir saytın yaradılması və saytda Azərbaycanla bağlı yalnız qərəzli və ədalətsiz mövqenin nümayiş etdirilməsi  deməyə əsas verir ki, bu sayt birmənalı olaraq anti-Azərbaycan mövqeyi sərgiləyir. Ona görə də hesab edirəm ki, istənilən Azərbaycan vətəndaşı, qeyri-hökumət təşkilatı ədalət prinsipinə riayət etməklə yanaşı mövqeyində də ədalətli olmalıdır. Lakin etiraf edilməlidir ki, saytda əksini tapan məlumatlar qərəzli olmaqla yanaşı, həm də ədalətsizdir. Biz belə məqsədyönlü əməkdaşlığı qəbul etmirik və kəskin etirazımızı bildirirk. Çünki,

Leyla Yunusun bu addımı yeni deyil. Onun bu gün bu formada antiazərbaycan mövqe nümayiş etdirməsi heç cür qəbuledilməzdir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00