Rusiya vasitəçilik prinsipinə zidd addım atır

Azərbaycan Demokrat Partiyası Rusiyanın son bir neçə ay ərzində Ermənistana çoxlu sayda silah-sursat, hərbi texnika, hava hücumundan müdafiə və aviasiya vasitələri ötürməsini pisləyən bəyanatla çıxış edib. Partiyadan "OLAYLAR"-a daxil olan bəyanatda bildirilir ki, Rusiyanın bu addımları onun ATƏT-in Minsk qrupundakı fəaliyyəti ilə ziddiyyət təşkil edir. Partiya beynəlxalq təşkilatları Rusiyanın regiondakı pozucu əməllərinə siyasi qiymət verməyə və bu təcavüzkar siyasətin aradan qaldırılması üçün təsirli tədbirlər görməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00