BDM sədri DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri seçilib
22 Yanvar 2013 15:50 SiyasətAlmaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin növbəti toplantısı keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, yığıncaqda DAK-ın sonuncu qurultayından sonrakı dövr ərzindəki fəaliyyəti müzakirə edilib və 2013-cü ilin iş planı qəbul olunub. DAK həmsədri Sabir Rüstəmxanlı ötən müddət ərzində görülən işlər və təşkilatın fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. İclasda Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Niyaz Qubadov isə DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbərinin birinci müavini seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00