ADP İrandakı edamları pisləyib

Azərbaycan Demokrat Partiyası son vaxtlar İranda həmin ölkənin vətəndaşlarının, o cümlədən Cənubi Azərbaycandan olan soydaşlarımızın müxtəlif hərəkətlərə görə edam edilməsi faktından narahat olduğunu bildirib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, orta əsrlərin feodal gələnəklərinə söykənən edam cəzasının dünyada aradan qaldırılması olduqca zəruridir. Partiya Ermənistanın Xocalı aeroportunun beynəlxalq istifadəyə verilməsi ilə bağlı son addımlarını beynəlxalq hava hüququnun əsas prinsipinə-dövlətlərin onların hava sahəsi üzərində müstəsna və tam suverenliyi prinsipinin pozulması kimi dəyərləndirib. Qeyd olunub ki, Dağlıq Qarabağ və onun bir kəsimi olan Xocalı aeroportu Azərbaycan dövlətinin yurisdiksiyasına daxil olan ərazidir və Azərbaycan hakimiyyətinin ixtiyarı olmadan heç bir ölkənin bu ərazidən uçuş əməliyyatı keçirməyə səlahiyyəti yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00