“Qarabağla bağlı proseslər Ermənistanın ziyanına işləyir” - POLİTOLOQ

Mübariz Əhmədoğlu: “Ermənilərin böyük əksəriyyəti Dağlıq Qarabağın işğalı ilə bağlı Ermənistan hakimiyyətinə etiraz edirlər”

Yanvarın 22-də politoloq Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib. Tədbirdə politoloq Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətlə bağlı KİV-ə açıqlama verib. "Ukraynanın ATƏT-ə həmsədrlik etməsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dönüş nöqtəsidir. Əgər Ukrayna Dağlıq Qarabağı problemini çözməsə MDB məkanında siyasi proseslər fərqli istiqamətə gedəcək. Ukrayna MDB-də dondurulmuş münaqişələri həll etməyi prioritet məsələ kimi qarşısına qoyub. ATƏT-in gündəliyində duran əsas məsələlər Dağlıq Qarabağ və Dinestryanı münaqişələrinin həllidir. Digər tərəfdən də Ukrayna prezidenti Viktor Yanukoviçin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanla əla şəxsi münasibətləri var, bu faktor da mütləq Dağlıq Qarabağ probleminin həlli üçün əhəmiyyətlidir" deyən politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Ukrayna Qarabağ ətrafında yaranmış gərginliyi aradan qaldırmaq üçün bu işlə detallı şəkildə məşğul olur: "Demək olar ki, artıq iki ildir Dağlıq Qarabağ münaqişəsi ətrafında passivlik nümayiş olunur. İndiki məqamda isə Qarabağla bağlı aparılan danışıqlar göstərir ki, vəziyyət Ermənistanın ziyanınadır. Qarabağ münaqişəsinin həll edilməsi üçün Dağlıq Qarabağın erməni icması ilə Azərbaycan icmasının dialoqunu təşkil etmək lazımdır. Bu, baş tutsa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın lehinə həll olunması sürətlənəcək. İndiki məqamda ermənilərin böyük əksəriyyəti Dağlıq Qarabağın işğalı ilə bağlı Ermənistan hakimiyyətinə etiraz edirlər. Hətta, Dağlıq Qarabağdakı ermənilər Azərbaycan torpaqlarında olan erməni atributlarını məhv edirlər. Erməni katalikosu II Qaregin də bir müddət qabaq çıxışında da Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsini Ermənistanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. Əgər II Qaraginlə Allahşükür Paşazadənin Qarabağda görüşü baş tutsa və Paşazadə Qarabağa Ağdamdan getsə, özü ilə qarabağlıları aparsa, bu Dağlıq Qarabağ ümnaqişəsinin həllində Azərbaycanın lehinə atılmış ən böyük addım olacaq" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00