Prezident İlham Əliyev İsveçrəyə işgüzar səfərə yola düşüb
22 Yanvar 2013 11:57 SiyasətAzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 22-də İsveçrə Konfederasiyasına işgüzar səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00