Rusiyadan növbəti təxribat addımı - FİKİR

Zərdüşt Əlizadə: “Rusiya təyyarə vasitəsilə Suriyaya silah-sursat göndərsə belə Əsədi devirəcəklər”

Rusiya FHN-nin Beyruta iki təyyarə göndərəcəyi bildirilir. Rusiya mətbuatının məlumatına görə təyyarəni Livana göndərməkdə əsas məqsəd Suriyadakı Rusiya vətəndaşlarını ölkəyə gətirməkdir. Siyasi analitiklər hesab edir ki, Rusiya təyyarəni Beyruta göndərməklə Bəşər Əsədə müəyyən yardımlar göstərə bilər. Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə Rusiyanın təyyarə vasitəsilə Suriyaya silah-sursat göndərmsi qüvvələr nisbətini dəyişməyəcək: "Bütün Qərb, "əl-Qaidə", radikal islamçıların hamısı Bəşər Əsədi yıxmaq üçün birləşiblər. Bir də ki, Suriya artıq 40 ildir, İsraillə müharibəyə hazırlaşır. Mütəmadi olaraq bununla əlaqədar Rusiya Suriyanı silahlandırıb. Suriyada silah problemi yoxdur. Bəşər Əsədə silah yox, Qərbin müxaliflərə verdiyi dəstəyi kəsməsi lazımdır. Əsəd də açıq şəkildə deyir ki, ölsə belə hakimiyyətdən getməyəcək" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00