Andreas Qukasyan aclıq aksiyası keçirir
O Sarkisyanın namizədliyini geri götürməsini tələb edir
21 Yanvar 2013 17:34 SiyasətErmənistanda 18 fevralda keçiriləcək prezident seçkilərində iştirak edən namizədlərdən biri Andreas Qukasyan Ermənistan Milli Elmlər Akademiyasının qarşısında müddətsiz aclıq aksiyasına başlayıb. Qukasyan buna səbəb kimi Serj Sarkisyanın seçkiləri saxtalaşdırmaq cəhd edəcəyini deyib. Erməni namizəd "Saxta Seçkilərə Son" şüarı ilə Serj Sarkisyanın namizədliyini geri götürənədək aksiyasnı davam etdirəcəyini qeyd edib. Qukasyan erməni mətbuatına Sarkisyanın namizədliyini geri götürməyəcəyi təqdirdə beynəlxalq təşkilatların Ermənistanı demokratik ölkə kimi tanıyacağını deyib. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00