İranın Ermənistanla ittifaq yaratması təbiidir - RƏY

Vəfa Quluzadə: “Azərbaycan müstəqil dövlət kimi İranla əlaqələr qurur, Ermənistan isə Rusiyanın tərkib hissəsi kimi”

Brüsseldə yerləşən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi adlı təşkilat İran-Ermənistan münasibətlərilə bağlı hesabat yayıb. Hesabatda bildirilir ki, İslam dövləti olan İranla xristian Ermənistan arasında ittifaq yaranıb. Siyasi analitiklər həmin ittifaqın Azərbaycana qarşı istifadə ediləcəyi qənaətindədirlər. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadənin sözlərinə görə İranın Ermənistanla ittifaq qurması heç də sensasion məlumat deyil: "İran Rusiyanın müttəfiqidir, Ermənistan da Rusiyanın tərkib hissəsidir. Ortaya da Rusiya-İran-Ermənistan üçbucağı çıxır. Azərbaycan müstəqil dövlət kimi İranla əlaqələr qurur, Ermənistan isə Rusiyanın tərkib hissəsi kimi... Ona görə də İranın Ermənistanla ittifaq yaratmağı təbiidir. Əvvəldən də İran Ermənistanı dəstəkləyib, bu prosesdə Rusiyanın da rolu danılmazdır" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00