İran Bəşər Əsədi hakimiyyətdən getməyə qoymur - MÖVQE

Elçin Mirzəbəyli: “Əsəd İran və digər qüvvələrin buyruqlarına uyğun hərəkət edir”

Suriyadakı vətəndaş müharibəsi krtitik nöqtəyə girib. Müxaliflərin bütün səylərinə baxmayaraq Bəşər Əsəd dirəniş göstərir və hakimiyyətdən getmək istəmir. Artıq prezident Əsəd Suriyada 1 milyona yaxın insanın öldürülməsində məsul tutulur.

Məsələyə münasibət bildirən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə Əsədin hakimiyyətədən getmək istəməməyi onun xarakterindən irəli gəlir: "Çünki Əsəd diktator xislətli bir insandır. İnsan azadlıqlarına sayğı ilə yanaşmır və ətrafı onu elə bütləşdirib ki, kölgəsindən o tərəfi görə bilmir. Bu pis insan xarakterindən irəli gələn məsələdir. Digər tərəfdən Bəşər Əsəd elə bir vəziyyətə gəlib çatıb ki, artıq hakimiyyətdən getməsi də onun ölümünə bərabərdir. Əsəd geriyə yol qoymayıb, bütün körpüləri yandırıb. Xalqına rəhm edən bir insan da deyil ki, ölümlə barışaraq canını xalqa fəda eləsin. Digər tərəfdən də Əsəd müstəqil şəxs deyil, çünki, İran və başqa dövlətlərin nəzarəti altındadır və həmin qüvvələrin buyruqlarına uyğun hərəkət edir. İran da öz maraqlarını qorumaq üşün Əsədin geri çəkilməsinə imkan vermir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00