Sabiq millət vəkilinin qarayaxmaları

Yaxud Gültəkin Hacıbəyli bu qədər mülkü hansı vəsaitlə əldə edib?

Ziyalılar  Forumunun üzvü Gültəkin Hacıbəylinin mülkləri və torpaq sahələri haqqında məlumatı açıqladıqdan sonra keçmiş xanım deputat mətbuata bunun yalan olduğunu iddia edib. O, kimlərinsə villalarının, biznesinin olduğunu, onların öz qohumlarının adına çoxlu sayda obyekt və mülkiyyət rəsmiləşdirdiklərini bildirib. Lakin araşdırmalarımız və əlimizdə olan təkzibolunmaz faktlar, əslində, G.Hacıbəylinin yalan danışdığını təsdiq edir. G.Hacıbəyli çoxsaylı mülkləri qohumlarının adına rəsmiləşdirərək elə bilir ki, heç kimin onun əməllərindən xəbəri yoxdur. Lakin araşdırma nəticəsində onun yaxın qohumlarının da kifayət qədər zəngin olduğu müəyyənləşib. Maraqlıdır,  G.Hacıbəyli vaxtilə adi millət vəkili olduğu halda  bu qədər mülk, torpaq, obyekti necə əldə etməsindən niyə danışmır? Məyər o, bunları Milli Məclis deputatının maaşına alıb? Məsələn, G.Hacıbəylinin atası Yunis Hacıyevin adına Bakının Nəsimi rayonunda bir mənzil, Mehdiabad qəsəbəsində torpaq ərazisi var. Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində sahibkarlıq üçün verilmiş və hərəsi bir neçə hektar olan iki torpaq sahəsi də ona məxsusdur. Y.Hacıyevin adına həmin rayonun Nərimankənd kəndində 5 hektarlıq daha bir torpaq sahəsinin olduğu bildirilir. Həmçinin G.Hacıbəyli Goranboyun Cinli-Boluslu kəndində, Goranboy şəhərinin 58-ci kvartalında da iki torpaq sahəsini atasının adına rəsmiləşdirib. G.Hacıbəyli belə təmizdirsə, qoy öz adına olanlarla birlikdə bütün bunları necə, hansı imkanla əldə etdiyindən danışsın. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00