Sərdar Cəlaloğlu seçkidə iştiraka həvəsli deyil

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu prezident seçkilərində iştirak etməkdə həvəsli görünmür. Bu barədə açıqlamanı "OLAYLAR"-a partiyanın sədr müavini Taliyət Əliyev verib: "Ancaq partiyada bir sıra insanlar ADP-nin seçkilərdə öz gücünü sınamağın tərəfdarıdır". Taliyət Əliyev qeyd edib ki, ADP-nin təmsil olunduğu "Qarabağ" blokunun özündə də seçkilərlə bağlı konkret mövqe yoxdur ki, seçkiyə hansı formada gediləcək: "Ona görə də ADP-də hələ qeyri-müəyyənlik hökm sürür və seçkilərdə hansı taktikadan istifadə edəcəyimizi dəqiqləşdirməmişik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00