Deputatlarımız Sudana səfər ediblər

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva, Asəf Hacıyev, Mirkazım Kazımov və Sabir Rüstəmxanlı İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının  konfransı ilə əlaqədar  tədbirlərdə iştirak etmək üçün   Sudana səfər ediblər. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, səfər çərçivəsində  təşkilatın İcra komitəsinin,  Siyasi məsələlər və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit,  Mədəni və hüquqi  məsələlər, Sivilizasiyalar və  dinlərarası  dialoq,  İnsan hüquqları və ailə məsələləri  üzrə  komitələrin  iclasları, həmçinin  Konfransın 8-ci  sessiyası  keçiriləcək.
Toplantılarda  sülh məqsədləri üçün müasir  texnologiyalardan  istifadə,  Yaxın Şərqin nüvə  silahından  qorunması, Sudanın suverenliyinə dəstək, müsəlman dövlətləri arasında həmrəylik və birliyin təşviqi,  təhlükəsizlik məsələləri barədə fikir  mübadiləsi aparılacaq. Tədbirdə Azərbaycan  ərazilərinin ermənilər  tərəfindən işğalı,  qaçqın  və məcburi köçkünlərin vəziyyəti  barədə   müzakirələr  keçiriləcək.   Səfər yanvarın 23-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00