Yaxın Şərqdə son şam yeməyi - ŞƏRH
21 Yanvar 2013 15:02 SiyasətAğ Evvə Kreml Yaxın Şərqdə neft imperiyasına çevrilmək üçün gizli razılığa gəliblər
ABŞ İranda böhran siyasətinin əsl səbəbi molla rejiminin nüvə proqramı, kütləvi qırğın silahlarının istehsalı, yaxud Hizbullah və əl-Qaidə ilə əlaqədar deyil. İran indiki vəziyyətdə yüksək şəkildə uran zənginləşdirə bilməz. Çünki, Rusiya İranın nüvə stansiyası üçün yanacaq çubuqları ilə az miqdarda təmin edir. Əgər İran nüvə arsenalına sahib olubsa, bu çoxdan baş verib, sadəcə olaraq xristian təəssübkeşliyi baxımından Rusiya ABŞ-İran arasında qızışdırıcı katalizator rolunda çıxış edir. Rusiyanın İslam İranına xristian nöqteyi-nəzərindən münasibəti də səmimi olmaya bilər. Yaxın Orta Şərq planında gizli sövdələşməyə girən Rusiya ABŞ-la birlikdə İranı vuracaq. Bundan sonra regionun parçalanmasında ortaq məxrəcə gələn ABŞ və Rusiya Azərbaycan da daxil olmaqla Yaxın Şərq iki dövlət arasında bölüşdürüləcək. Ağ Ev və Kremlin Şərqdə bölüşdürə bilmədiyi əsas məsələ regionun zəngin neft yataqlarıdır. Bölüşdürülmə prosesində İranın Fars körfəzindəki və Xəzər dənizindəki neft yataqları ABŞ-ın, Azərbaycanınkı isə Rusiyada qalacaq. Əgər İsrail-İran müharibəsi baş verəcəksə ABŞ tam rahatlıqla neftlə zəngin olan Fars körfəzi regionunda hegemonluğunu təmin edəcək. Çünki, açıqdan açığa Rusiya və ABŞ müəyyən məsələlərdə biri-birinə güzəştə getməyə məcburdur. Bunun da əsil səbəbi iki super gücün biri-birindən çəkinməsidir. MAQATE-nin hesabatına görə, dünyanın neft ehtiyatlarının təxminən 60%-i Fars körfəzində yerləşir. ABŞ regionda neft santralı olmaq üçün 1979-cu il İran İslam İnqilabından bu yana siyasi prosesləri öz xeyrinə dəyişmək istəyir. Bu vaxta qədər isə Amerika kəşfiyyatı İranda partizan fəaliyyəti ilə məşgul olub. İran mollaları bu barədə rəsmi Vaşinqtona cəlbedici təkliflər də ediblər. Molla rejimi Amerikaya dünya neft bazarında Küveyt və Səudiyyə Ərəbistanını zəiflətmək təklifini irəli sürüb. Lakin, ABŞ həmin regionda öz təsir dairələrinin kifayət qədər güclü olduğunu nəzərə alaraq təklifi rədd edib. ABŞ-İraq müharibəsindən sonra tam mənada demək olar ki, Ağ Ev İranı blokadaya aldı. Yaxın Şərqdə möhkəmlənən Amerika 1996-cı ildən İranın neft və təbii qaz sektorunun inkişaf etdirməsinə mane olur. ABŞ Enerji İnformasiya Agentliyinin hesabatına görə, İraq və İranda dünya neft ehtiyyatının 20%-i yerləşir. İrana böhran hücumunun əsası Ağ Evin regiondakı maddi-iqtisadi və strateji faktorlara söykənir. İran bir sutkada 4 milyon barreldən çox neft istehsal edir. Bunun isə yalnız 2.5 milyon barreli ixrac edilir. Səudiyyə Ərəbistanı, ABŞ və Rusiyadan sonra İran dünyanın dördüncü neft istehsalçısıdır. Həmçinin neft ehtiyatlarının 10 faizi təkcə İrandadır. 1 gündə istehsal edilən neftin 5 faizi də İranın payına düşür. Digər tərəfdən də gündəlik istehsal edilən benzinin də 1/3 hissəsi də İrana məxsusdur. 2005-ci ildən isə ölkədə yeni neft yataqlarının tapılması üçün işlər görülür. Bu geniş deqradasiya ABŞ-ın İran sanksiyalarının səbəbkarıdır. Yaxın Şərqdəki royalist rejimlərin devrilməsi cəhdləri də bu faktorla bağlıdır. Bu bir tarixdir ki, Şərqin neftlə zəngin olan İslam ölkələri ABŞ hökumətləri tərəfindən qoyulan məcburi sanksiyalarla üzləşirlər. Sanksiyalarla bağlı qəbul edilən aktlar ABŞ-ın xarici siyasətinin çirkin və qanunsuz ekstraterritorial uzantısıdır. Lakin, bu sanksiyalar Aİ, NATO, BMT və ABŞ tərəfindən həmin dövlətlərin yerli əhalisinə "demokratiyaya dəstək" kimi təqdim edilir. Bu maska isə regionda strateji maraqlar naminə taxılıb. ABŞ-ın "iqtisadi müharibə" və "neft şantajı" Ağ Evə neftin qiyməti barədə isteriya foment imkanı verir. Həmçinin ABŞ-ın daxili ictimai rəyi səfərbərliyi İrana qarşı hərbi əməliyyatlar üçün əsgəri qüvvə cəlb etmək üçün lazımdır. İranla qarşıdurma ABŞ üçün mühüm məsələlərin həlli, Amerika imperiyasının xidmət mərkəzi və qlobal neft üçün hegemonluğunun nüvəsidir. Sanksiya yalnız İranda zorla rejim dəyişikliyi üçün yox, ABŞ-ı idarə edən bəzi subyektiv neokon ideoloji, əyilmiş bir məsələ deyil, Amerikanı neft imperiyasına çevrirmək, gələcək böhrandan rəsmi Vaşinqtonu sığortalamaqdır. ABŞ-ın İrana hücumunun 100%-i neft amilinə bağlıdır. İranada siyasi təsir dairəsi kifayət qədər dayaq tapandan sonra Vaşinqton Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki tam potensial neft mülkiyyətini qarant altına alacaq. Bundan sonrakı proseslərdə Barak Obama administrasiyası Şərqin neft gəlirlərinin benefisiarı olacaq. İrandakı iqtisadi böhran buna zəmin yaratmaq üçün tətbiq olunub. Yaxın Orta Şərq masasında son şam yeməyi üçün ABŞ stol arxasında əlində çəngəl, bıçaqla gözləyir. Bir sözlə İrana iqtisadi sanksiya müharibəsi Barak Obamanın siyasi paradiqma dəyişməsidir.
Mənsur