Rusiya İbrahimbəyova dəstək verməyəcək - AÇIQLAMA
Elxan Şahinoğlu: “Üçüncü qüvvə anlayışı doğru deyil”
21 Yanvar 2013 14:01 SiyasətKinorejissor Rüstəm İbrahimbəyov planlaşdırdığı hərəkatla bağlı təşkilatlanma işləri aparır. Bu məqamda Azərbaycan ictimaiyyətini düşündürən əsas məqam İbrahimbəyovun Rusiya hakimiyyətindən dəstək alıb, almayacağıdır. Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiyanın İbrahimbəyovla bağlı qəti qərar verəcəyi inandırıcı deyil: "Məsələ ondadır ki, Rüstəm İbrahimbəyovun dediyinə görə, onlar üçüncü qüvvə şəklində ortaya çıxacaqlar. Müsavat və AXCP-də həmin hərəkata qoşulduğuna görə təşkilata müxalif qüvvə adı verilsə daha düzgün olardı. Ümumiyyələ üçüncü qüvvə iddiası doğru deyil. Ya hakimiyyəti dəstəkləməlisən, ya da ki, müxalifətdə olmalısan. Rüstəm İbrahimbəyov müxalifət olduğunu qəbul etməlidir. Çünki, bu vaxta qədər o, iddia edirdi ki, onların siyasi iddiaları yoxdur, sadəcə olaraq şəffaf və ədalətli seçkilərin keçirilməsinə maraqlıdırlar, heç kəsi dəstəkləmək fikirləri yoxdur. Əgər İbrahimbəyov bu qüvvələri yaradıbsa mütləq tərəflərdən birini seçmək məcburiyyətindədir" (OLAYLAR İA)