Bəşər Əsəd hakimiyyətdə qala bilər - AÇIQLAMA
Qabil Hüseynli: “Suriyada Qərblə İran və Rusiya avtoritarizm və bürokratik rejimin ideoloji xətti üz-üzə dayanıb”
21 Yanvar 2013 11:58 SiyasətBeynəlxalq təşkilatların və dövlətlərin təpkilərinə baxmayaraq Suriya prezidenti Bəşər Əsəd dinc sakinləri qırğına verir. Bir sıra siyasi politoloqlar hesab edirlər ki, Əsəd İran və Rusiyanın dəstəyi ilə hakimiyyətdə qala bilər. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynlinin sözlərinə görə Bəşər Əsədin hakimiyyətdə möhkəmlənməsi mümkünsüzdür: "Çünki, Suriyada artıq Qərb demokratiyasının dəsti-xətti ilə İran və Rusiyanın avtoratizmi və bürokratik rejimin ideoloji xətti üz-üzə dayanıb. Düzdür, Qərb bu mübarizəyə aktiv şəkildə qoşulmayıb, amma dəstək verir və Qərb imkan verməyəcək ki, regionda İran və Rusiyanın təmsil etdiyi siyasi xətt qələbə çalsına, vtoritar rejim iş başında qalsın. Suriyada vətəndaş müharibəsi uzana bilər, amma Bəşər Əsədin sonu yaxınlaşır" ("OLAYLAR" İA)