“Freedom House” erməni lobbisinin təsiri altındadır

"Azərbaycanın işğal olunmuş ərazisini ayrıca subyekt kimi göstərmək "Freedom House" təşkilatının erməni lobbisinin təsiri altında olmasını sübut edir. Təkcə bu fakt həmin təşkilatın qeyri-obyektiv, qərəzli olmasını təsdiqləyir". "OLAYLAR"-ın xəbərinə görə,  bu fikirləri yap.org.az saytına Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, millət vəkili Sevinc Fətəliyeva səsləndirib. Millət vəkili bildirib ki, "Freedom House" Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatıdır: "Bu təşkilat Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmir. Digər tərəfdən, təşkilat ölkəmizin inkişafını, müstəqil siyasət yürütməsini istəməyən qüvvələrin tribunasına çevrilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00