YAP-çı gənclər anım tədbiri keçiriblər
21 Yanvar 2013 10:51 SiyasətYeni Azərbaycan Partiyasının Gənclər Birliyi 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş aksiya keçirib. "Şəhidlər ölməz!" adlı anım tədbirində hakim partiyanın gəncləri üst geyimlərinə 1990-cı il yanvarın 20-də Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olmuş insanların şəkillərini yapışdırıblar. YAP-çı gənclər Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidəsi önünə əklil qoyaraq maraqlı kompozisiya ilə 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan gəncinin mövqeyini nümayiş etdiriblər. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, bu anım tədbiri ilə gənclər həm də onu sübut edirlər ki, onlar da hər zaman Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda şəhid olmağa hazırdırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00